Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məmmədəmin Rəsulzadə (1884-1955)

Mirzə Xəzər 09 Yan 2007

no comments

 

Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində

MEResulzade%20(10)

anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır.
İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928), "Azəri türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan "Qurtuluş" curnallarının və "İstiqlal" qəzetinin yaradıcısı olmuşdur. 1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə "Azərbaycan" dərgisi nəşr edilib.
M.Ə.Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap edilmişdir.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttar xan hərəkatında yaxından iştirak edib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb.
1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb.
1913-cü ildən Bakıda fəaliyyətə başlayıb.
1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra Azərbaycan Milli Şurasının sədri seçilmişdir.
1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. Sonra keçmiş dostu Stalin onu ölümdən qurtarıb.
1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb.
Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycan istiqlalı uğrundakı mübarizəsini davam etdirmişdir.
1955-ci ilin mart ayında Məmmədəmin Rəsulzadə Ankara şəhərində həyata göz yummuş, Əsri məzarlıqda dəfn edilmişdir.

(mənbə: parlaq.net)

Əvvəlki məqalə: Azərbaycan dilinin tarixi köklərinə dair məlumat

Sonrakı məqalə: Səttar xan Sərdari-milli (1868-1914)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2560

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin