İLK REGİONAL TELEKANALIN TƏSİSÇİSİ AZƏRBAYCAN HÖKUMƏTİNİ AVROPA MƏHKƏMƏSİNƏ VERİB
2007-01-09 - 20:09:00
İlk regional televiziya kanalı olan DM-TRV-nin təsisçisi Mustafa Dibirov söz azadlığının boğulması ilə əlaqədar insan hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan hökumətinə qarşı iddia qaldırıb. M.Dibirov «Turan»a açıqlamasında bildirib ki, DM-TRV 1991-ci ildə yaradılıb, lakin indiyə qədər tezlik ala bilmir.
M.Dibirov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Nazirlər Kabineti yanında Tezliklər üzrə Komissiyaya, Milli Teleradio Şurasına və dövlət başçısına müraciət edib. Dövlət strukturlarının cavabını gözləmədən M.Dibirov Səbayel Rayon Məhkəməsinə, daha sonra isə Ali və Konstitusiya Məhkəmələrinə müraciət edib. Lakin bu müraciətlər də müsbət nəticə verməyib.
Bundan sonra M.Dibirov İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 34, 45 və 47-ci maddələrinə əsasən Avropa Məhkəməsinə müraciət edib. Öz iddiasında M.Dibirov həmçinin 1999-cu ildə qardaşı Telmanın qətlə yetirilməsini də xatırladır. İddiada T.Dibirovun 1999-cu il avqustun 18-dən 19-na keçən gecə jurnalist fəaliyyətinə görə oğurlanaraq ölənə qədər döyüldüyü qeyd edilir. «Bu günə qədər bu cinayətin üstü açılmayıb, baxmayaraq ki, istintaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məşğul olub» deyə M.Dibirov qeyd edib.
Zərər çəkmiş dəymiş maddi və mənəvi ziyana görə 3 milyon avro təzminat tələb edir.
(Media Forum)
Əvvəlki məqalə: QİYMƏTLƏRİN QALDIRILMASINA ETİRAZ OLARAQ TƏYİN EDİLƏN AKSİYAYA HEÇ KİM GƏLMƏDİ
Sonrakı məqalə: Şah İsmayıl Xətayi (17.7.1487-23.5.1524)
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2559