Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycanlı zəvvarlar vətənə qayıda bilmir, onlar Mədinə şəhərində etiraz aksiyası keçiriblər

Mirzə Xəzər 08 Yan 2007

no comments




“Karvan” turizm şirkətinin xəttilə Həcc ziyarətinə gedən zəvvarların vətənə qayıtmasında problem yaranıb. Azərbaycana qayıtmasında problemlə üzləşən 145 zəvvar ötən gün Mədinə şəhərində etiraz aksiyası keçirib.

Zəvvarların yanvarın 7-də Azərbaycana qayıtması nəzərdə tutulsa da, şirkətin onları nəqliyyatla təmin etməməsi geri qayıtmaqda problem yaradıb.
Qeyd edək ki, yanvarın 6-da şirkətin nümayəndəsi 48 nəfəri qrupdan ayıraraq onları Qafqaz Müsəlmanları İdarəsinin xəttilə vətənə yola salıb. Etiraz aksiyasının keçirilməsinə də məhz bu səbəb olub. Şirkətin nümayəndələri bildiriblər ki, QMİ nümayəndələri ilə görüşüb məsələni həll etməyə çalışacaqlar. Lakin zəvvarların konkret nə zaman Azərbaycana qayıdacaqları barədə dəqiq məlumat verilmir.

("Olaylar" agentliyi)

Əvvəlki məqalə: «Ehali yaxın vaxtlarda bütün sahelerde bahalaşmanın şahidi olacaq»

Sonrakı məqalə: Məmmədəmin Rəsulzadə (1884-1955)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2554

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin