SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ HİCABLI TƏLƏBƏLƏRİN TƏHSİL HÜQUQU BƏRPA EDİLİB
2006-12-01 - 13:45:00
Sumqayıt Dövlət Universitetində oxuyan hicablı tələbələrin təhsil hüququ bərpa edilib. Bu barədə məlumat «Media forum»a Ombudsman Aparatının mətbuat xidmətindən verilib.
Məlumatda bilidirilr ki, bir müddət əvvəl Sumqayıt Dövlət Universitetində təhsil alan hicablı qızlar ombudsman Elmira Süleymanovaya universitetə buraxılmadıqları ilə əlaqədar müraciət ediblər. Ombudsamn tələbələrin vaildeynlərini də qəbul edərək problemlə maraqlanıb. Bu gün isə E.Suleymanova həmin ali məktəbdə olub, rektor Nadir Qəhrəmanovla görüşüb, yaranmış vəziyyəti müzakirə edib. Rektor bildirib ki, o, hicablı tələbə qızların valideynlərinin iştirakı ilə iclas keçirib və onlara tövsiyələr verib.
Ombudsman rektorla söhbəti zamanı qeyd edib ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Eyni zamanda dini etiqad, həyat tərzinin və ibadətlərin zor işlədilməklə və ya nifaq salmaq məqsədi ilə təbliği qadağandır. E.Süleymanova rektora tələbələrin təhsil hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq tövsiyyələr verib.
Hazırda hicablı tələbə qızların hüquqları bərpa edilib və onlar dərsə davam edirlər.
«Media forum»
Əvvəlki məqalə: DEYERLI USTADIMIZ MIRZE XEZER!!!
Sonrakı məqalə: Iranın ali dini lideri Azerbaycan rehberliyini hedeledi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2018