MOSKVADA BİR QRUP DİNDAR AZƏRBAYCANLI PİKET KEÇİRİB
2006-11-30 - 20:00:00
Bu gün Rusiyada yaşayan bir qrup dindar azərbaycanlı Azərbaycanın Moskvadakı səfirliyi yaxınlığında, səfirliyin yerləşdiyi Leontevski, 16 ünvanında, Nizami Gəncəvinin heykəli qarşısında icazəli piket keçirib. Piketdə yazıçı Rafiq Tağının «Sənət» qəzetində dərc edilən «Avropa və biz» məqaləsinə etiraz bildirilib. Bu barədə «Media forum» saytına Moskvada çıxan «Millətin qəzeti»nin əməkdaşı Tünzalə Vəliqızı məlumat verib.
Məlumatda bildirilir ki, əllərində Azərbaycan və rus dillərində plakatlar tumuş piketçilər Məhəmməd peyğəmbərin təhqir olunmasına yol verən hər bir şəxsin ən radikal şəkildə cəzalandırılmasını tələb ediblər. Onlar Azərbaycan prezidenti İlham Əliyevdən və Milli Məclisdən yazarlara qarşı həbs-qətimkan tədbirindən daha ağır cəza növünün tətbiq olunmasını xahiş ediblər. Piketin təşkilatçısı, Moskvadakı «Əhl-Əl Beyt» məclisinin sədri Musa Qurbanov din əleyhinə yazılan və müsəlmanlar arasında qarşıdurma yaradan hər
bir adama qarşı daha radikal cəza tətbiq edilməsinin zəruri olduğunu vurğulayıb.
Aksiyada Rafiq Tağıya və «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğluna qarşı elan olunan ölüm fitvalarını dəstəkləyən şüarlar səslənib.
("Media Forum")
Əvvəlki məqalə: ANS-çiler seçim qarşısındadır: «Ya ebedi bağlanmaq, ya da yeni öhdeliklerle yeni tezlik»
Sonrakı məqalə: Əıi Əkbər: "Mən əclafam"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2002