Əıi Əkbər: "Mən əclafam"
Mirzə Xəzərdən məktub
[2005-04-21 01:55]
21.04.2005
Azad Yazarlar Ocağı Internet poçtuna görkəmli jurnalist və ictimai xadim Mirzə Xəzərdən
məktub daxil olub: alatoran.org sаytı ilə yenicə tanış olmuş M.Xəzər sаytdа əsərləri
yerləşdirilmiş olan müəlliflərdən yalnız bircə nəfərin - Əli Əkbərin əsərlərini bəyənib, öz
şəxsi saytında (http://mirzexezerinsesi.net) bu müəllifin «Yeni nəslin manifesti» əsərini
ana səhifədə yerləşdirib. Azərbaycan ədəbi mühitində çox az sayda adamın qiymətləndirdiyi bu
şair, çox qəribədir ki, yurd dışında yaşayan həssas bir soydaşımızın marağına səbəb olan
yeganə müəllif olub. Məncə bunun səbəbləri haqqında düşünməyə dəyər.
«Alatoran» jurnalının CD əlavəsi. «Alatoran» 4-ün pulsuz CD əlavəsi dövrəyə buraxılıb.
Bəstəkar Elmir Mirzəyevin və tərcüman Əli Əkbərin birgə əməyinin məhsulu olan bu
audio-kompozisiya günlərdir dinləyənləri şoka salmaqda davam edir. Təsəvvür edin, Müslüm
Moqomayevin «Ey, əziz anam, Azərbaycan» mahnısının fonunda Əli Əkbərin bariton səsiylə «Mən
əclafam» şeri səslənir. «Alatoran»ın audio əlavəsi ədəbiyyat tariximizdə bənzərinə
rastlanmamış qeyri-adi performans olmasıyla diqqətə layiqdir. «Əclaf» adlı bu CD məhdud
sayda buraxılıb, AYO entuziastları tərəfindən çoxaldılmaqda və ilgili insanlara pulsuz
olaraq çatdırılmaqdadır. CD-ni «Azadlıq» Qəzеtinin girişindəki köşkdən əldə etmək olar.
Mirzə Xəzərdən məktub. Azad Yazarlar Ocağı Internet poçtuna görkəmli jurnalist və ictimai
xadim Mirzə Xəzərdən məktub daxil olub: alatoran.org sаytı ilə yenicə tanış olmuş M.Xəzər
sаytdа əsərləri yerləşdirilmiş olan müəlliflərdən yalnız bircə nəfərin - Əli Əkbərin
əsərlərini bəyənib, öz şəxsi saytında (http://mirzexezerinsesi.net) bu müəllifin «Yeni
nəslin manifesti» əsərini ana səhifədə yerləşdirib. Azərbaycan ədəbi mühitində çox az sayda
adamın qiymətləndirdiyi bu şair, çox qəribədir ki, yurd dışında yaşayan həssas bir
soydaşımızın marağına səbəb olan yeganə müəllif olub. Məncə bunun səbəbləri haqqında
düşünməyə dəyər. Qeyri-adi kart-vizit Əli Əkbər özünün qəribəliklərinə bu günlərdə daha bir
yenilik qazandırıb: özü üçün hazırlatdığı kart-vizitdə məşğuliyyət növünün yazılmalı olduğu
yerdə sadəcə «Əclaf» kəlməsini yazıb. Bununlа dа kifаyətlənməyib, kartın arxasında isə «Mən
əclafam» şerini yеrləşdirib. Təsəvvür edin, Əli Əkbərin rast gəldiyi sözün əsl mənasında
əclaflar, hansılar ki bunu etiraf etməkdə acizdirlər, bir an çaşqınlıq içərisində nə
deyəcəklərini bilmir, yalnız gözlərinin dərinliyində sayrışan şeytani qığılcımlarla öz
həmrəyliklərini ifadə edə bilirlər. Biri-birinin ardınca qazanmış olduğu yaradıcılıq
uğurlarının üstünə üstlük, Əli Əkbər növbəti parlament seçkilərində Parlamentar olmaqdan
ötrü öz namizədliyini irəli sürəcəyini də orda-burda danışmağa başlayıb. Guya bu addımı
atarkən ölkədəki əclafların dəstəyinə ümid bağlayıb və s. MÜSАHİBƏ -Özünə əclaf demək
ehtiyacını nə vaxt hissettin? Bu necə oldu? -Bütün günah Həmid Herisçinindir. Onu görüm
bloknotu itsin. Günlərin bir günü idi, gündüzü gecə əvəz eləmişdi, ömrümün bir günü mənasız
yerə keçib getmək istəyirdi, gecə saat 02-də Həmid zəng vurdu. Vurdu nə vurdu. Əclaf olmaq
və əclaflığın anatomiyası haqqında bir xeyli danışdıq, bu söhbətin təsiriylə əclaflıq
haqqında bir şey yazmağı qərara aldım. Təkcə qalırdı onu hansı formada yazmaq, yenə sağ
olsun Həmid, onun tövsiyyəsi ilə mən bunu şer formasında yazmağı qərara aldım. Beləliklə,
«Mən əclafam» şerini cəmi 10 dəqiqə içərisində yazıb tamamladım. Bir həftə sonra da «Nar»da
dərc olundu. - Bəs «Əclaf - 2» şerini nə üçün yazdın? -Birinci cümlədə açıq-aydın
göstərilib. Çünkü «özümdən də əclaf adama» rast gəlmişdim. Ona paxıllığım tutdu, ikincisini
qələmə aldım. Allaha yalvardım ki, əclaflıqda məndən irəlidə heç kəs olmamalıdır, «İlahi
imkan vermə buna». Bu respublikada Əclaf nömrə 1 mən olmalıyam. -Əclaf şerində «siqaret
tüstüsünün havada Ə və C hərfləri əmələ gətirdiyindən» bəhs olunur. Bu hərflər kiminsə
adının baş hərfidirmi? -Ola bilər. Olmaya da bilər. Adı «Ə» ilə, soyadı isə «C» ilə başlayan
bir adam, məndən soruşdu ki, məni nəzərdə tutmusan burada? Mən də qurudum qaldım. Əslində
bunu demək istəməmişdim. Amma kim elə başa düşmək istəyirsə, buyursun başa düşsün. Etiraz
etmirəm. -Bəs «Əclaf» adlı diski buraxmaq ideyası kimə aiddir? -Alatoran jurnalının pulsuz
əlavəsi kimi bu diski buraxmaq fikri bir dostumuza aid idi. «Sonor» musiqi mərkəzinin
direktoru, Elmir Mirzəyevə. Əclaf diski nəhayət işıq özü gördü, geniş yayıldı, bəyənildi,
hətta «şok» vəziyyətinə düşənlər də oldu. Məqsədimizə çatdıq deyə bilərəm. İnşallah ikinci
diskimizi də Alatoran-5 üçün hazırlayarıq. Onu da qeyd edim ki, diskin adı «Əclaf» olsa da,
içində ancaq mənim şerlərim deyil. Musiqi nümrələri də var, Murad Köhnəqalanın şerləri də
yer alıb orada. -Seneka özü çox murdar adam idi, Neronun yaltağıydı, əclafın yekəsi idi.
Ancaq əsər yazanda ismətdən, namusdan, qeyrətdən, şərəfdən, ləyaqətdən dəm vururdu. Yəni
yazılarında başqa, həyat tərzi etibarilə isə başqa Neron var idi. Sənsə «Mən əclafam»
deyirsən… Yəqin ki, anladın nə demək istəyirəm? Bəlkə sənin «əclaflığın» sadəcə olaraq bir
protestdir və tərsinə yozulmalıdır? -Neronu tanımıram, düzü, tanımaq da istəmirəm. Necə
yazıram, eləcə də varam. Burada tərsinə işləyən heç bir kodlaşdırma yoxdur. Açıq etiraf var.
Ancaq protest özü də yaxşı şeydir. Bəyənirəm. Protest çox olarsa, basılmaz vətən. Cəmiyyətdə
müxtəliflik olmalıdır, «yox» deyənlərin sayı günü-gündən artmalıdır. -Protesti qəbul
edirsənsə, feminizmi, anarxizmi, nihilizmi və s. «izmləri» də qəbul edirsən yəqin ki? -Kim
hansı izmə xidmət etmək istəyirsə bu onun şəxsi işidir. Mən nə karəyəm ki, kiməsə ağıl
öyrədim, qəbul edim, ya da etməyim?.. Əslində çox həssas nöqtəyə toxunursan fərqində
olmadan. Bilirsən necədir, hər kəs elə bilir ki izmlərdən azaddır, amma özü fərqində оlmаdаn
hansısa bir izmin dalınca qаçır. Ola bilsin mənim də bir izmim var, ancaq mən bunun nə
olduğunu bilmirəm. Sənin sadaladığın izmlərin də yaşamaq, tərəfdar toplamaq, təbliğ olunmaq
hüququ var əlbəttə ki. Lakin mənim fikrim sənin üçün maraqlıdırsa, feminizm mənim nəzərimdə
frigid, lezbiyan, sonsuz, eybəcər qadınlara xasdır. Əslində feministlərin ortaq özəlliyi
eybəcər, kifir olmalarıdır. Mənə bir nəfər də olsun, «obyektiv» gözəl feminist göstərə
bilməzsən. Kişilər tərəfindən maraq görməyən qadın, əlbəttə ki feminist olmalıdır. Yekun
olaraq söyləyim: «İstisnasız bütün feministlər eybəcərdir». Anarxistlər, nihilistlər də
nifrət etdikləri sistemin əsiridirlər, özlərinin isə xəbəri yoxdur bundan. Bütün qanunlara,
normlara, institutlara, əxlaq kodekslərinə «yox» desələr də, bunların çox böyük hissəsinə
quzu kimi riayət edirlər. Etməyə məcburdurlar. Şübhəsiz bu izmlər feminizmdən daha maraqlı
və funksionaldır. Əşşi bunları hardan yadıma saldın sən? -Əli Əkbər, eşitdiyimizə görə
deputat mandatı almaqdan ötrü növbəti parlament seçkilərində öz namizədliyini irəli
sürəcəksən. Öz seçicilərin qarşısında çıxış edərkən onlara nələri söyləyəcəksən axı? -Onlara
öz əclaflığımdan danışacam, deyəcəyəm ki bəsdirin əxlaqlı, dürüst, namuslu deputatlara səs
verdiniz, heç olmasa bircə dəfə də əsl əclafa səs verin. Bütün dərdlərinizin baisiyəm,
deyəcəm, hər şeyi indidən boynuma alıram. Ona görə səs verin, ya da verməyin. Torpaqları
satan, Hacı Məmmədovun dəstəsində qadınları, qızları qaçırdan, Elmar Hüseynovu qətlə yetirən
də mənəm. Bugünə qədər nifrət bəslədiyiniz bütün obyekt və subyektlərə məhəbbətinizi izhar
edə bilərsiniz, çünki əsl əclaf tapıldı - Əli Əkbər. Nifrətlərinizin hamısını mənə yönəldin.
Sizi bu zəlil günə mən qoymuşam ey kütlə! Mən əclafam. Harada görsəniz əzin. Yaxamdan
yapışın və itirilən torpaqlarınızın, əzilən mənliyinizin, alçaldılan qürurunuzun, günahsız
yerə həbs edilən yaxınlarınızın hesabını məndən soruşun. Mən əclafam! Xəyanət, hiylə,
satqınlıq, yalan, təkəbbür, əclaflıq mənə aid xislətlərdir. Bəli mən əclafam. Şerlərimdə
insanlar özlərini tapdıqları üçün məndən nifrət edirlər, mən də özümdən nifrət edirəm.
Qarnım sizin qeyrət, namus, ismət, paklıq, şərəf, ləyaqət kimi nağıllarınıza toxdur. Mən
can, mal və namusumun hər an təhlükədə olduğu bir dövlətin vətəndaşıyam. Mən status kvoya
ancaq qəzet səhifələrində «yox» deyə bilmə cəsarəti sərgiləyirəm. Həyatda isə öz p..unu
yeyən bişərəfin yekəsiyəm. Mən rüşvətxorları söyürəm, isteblişmentə hərb elan edirəm, amma
daxilən özüm də rüşvətxor olmaq istəyirəm, isteblişmentin bir üzvü olmağa can atıram. Mənim
də villam, maşınım, rahat kabinetim olsun istəyirəm. Yəni mən elə sizin özünüzəm. Yaltaqlıq
yarışında cəld tərpənmədiyimə görə, arxada qalmışam. Bütün yerlər artıq tutulub, növbədə isə
yüz minlər var. Mənə nə zaman növbə çatacaq? Mən kimin gündəyəməzini öpüm ki vəzifə sahibi
olum? Çoxlu, çoxlu pulum olsun. Mən də bu vətənin övladı deyiləmmi? -Sən həqiqətən də
əclafsan! Heç vaxt imkan verməyəcəklər deputat olasan, inanmıram. -Onda yaxşı düşünsünlər.
Bir baxsınlar Milli Məclisə. Ora nə qədər də darıxdırıcıdır, nə qədər yeknəsəgdir. Bütün
deputatlarımız mələk kimi pak, ismət, namus abidəsi, vətənpərvər, millətpərəst, ləyaqətli,
şərəfli… Axı bu insan hüquqlarının kobud şəkildə pozulmasıdır! Bu məclisdə bir dənə də olsa
əclaf olmalıdır ya yox? Əclafları kim təmsil edəcək? Onların sözünü kim deyəcək? Mən bütün
xalqımı Azərbaycan Respublikasının Milli Məclisinin qarşısında mitinq keçirməyə çağıracağam!
125 nəfərdən ibarət Məclisimizdə hamı yaxşı ola bilməz! Heç olmasa bir nəfər pisə, əclafa,
murdara, bişərəfə orada yer olmalıdır ya yox?! Əks təqdirdə AŞ-a şikayət məktubu
ünvanlayacağam!!! «ƏDАLƏT» qəzеti, 20 Аprеl 2005
Əvvəlki məqalə: MOSKVADA BİR QRUP DİNDAR AZƏRBAYCANLI PİKET KEÇİRİB
Sonrakı məqalə: DEYERLI USTADIMIZ MIRZE XEZER!!!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/2006
