Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Der Spiegel": Azərbaycan səfirliyi 1500 avroya xaricilərə vətəndaşlığa dair sənədlər satır

Mirzə Xəzər 11 Noy 2006

no comments

“Şpigel” ciddi mətbuat orqanıdır


Tahir Tağızadə: “Yəqin ki, araşdırmanın nəticəsi olacaq”
Hikmət Hacızadə: “Ola bilsin ki, Azərbaycan vətəndaşları səfirliyə sənəd almaq üçün 1500 avro verirlər”

Almaniyanın “Şpigel” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyinin 1500 avroya xaricilərə Azərbaycan vətəndaşlığına dair sənədlər satması və eləcə də viza verilməsi ilə bağlı məsələ rəsmi Bakı tərəfindən araşdırılacaq.

Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəisi Tahir Tağızadə “Şərq”ə açıqlamasında bildirib ki, “Şpigel” jurnalı xaricdə ciddi imici olan mətbu orqanlardan biridir. Bu baxımdan da jurnalda Azərbaycan səfirliyi ilə bağlı məlumatların əksini tapması XİN-də birmənalı qarşılanmayıb. Bu məsələnin araşdırılması üçün Azərbaycanın Almaniyadakı səfirinə xüsusi göstərişin verildiyini deyən idarə rəisi “yəqin ki, bu araşdırmaların bir nəticəsi olacaq”- deyib. İdarə rəisi bəzi mətbu orqanlarda ölkəmizin xarici ölkələrdəki digər səfirliklərində də belə halların olduğu barədə əksini tapan fikirləri təsdiqləməyib. Xatırladaq ki, “Şpigel” jurnalı Almaniyanın xüsusi xidmət orqanlarının məlumatlarına istinadən indiyə qədər bu ölkədəki səfirliyimiz vasitəsilə 114 vizanın 1400 avroya satıldığını yazıb.
Məsələyə münasibət bildirən Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə isə bildirib ki, burada söhbət heç də vizaların satılmasından getmir. Almaniyada yaşayan azərbaycanlılara bəzən işə düzəlmək və ya başqa məqsədlər üçün arayışların vacib olduğunu qeyd edən sabiq səfir “bəzən olur ki, həmin sənədlərə Azərbaycan səfirliyinin möhürü vurulmalı olur. Ona görə də həmin insanlar bu sənədlərlə bağlı səfirliyə müraciət edirlər. Ola bilsin, həmin sənədləri əldə etmək üçün 1500 dollar və ya avro da verirlər” - deyən Hikmət Hacızadə “Şpigil”in yazdıqlarının həqiqət olduğunu istisna etməyib. Sabiq səfirin fikrincə, belə hallar korrupsiyalaşmış bütün ölkələrdə olur.

("Şərq" qəzeti)

Əvvəlki məqalə: Sedaqet Ağayevin hebsxanadakı qanunsuzluqlara göre cezalandırıldığı bildirilir

Sonrakı məqalə: Mən əclafam!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/1662

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin