Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Abbas Leysaninin taleyi ilə əlaqədar BMT İnsan Haqqları Ali Komissarlığına müraciət

Mirzə Xəzər 11 Noy 2006

no comments

BMT, İnsan Haqları Ali Komiserliyi, Cenevrə,

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporterə çatdırasınız

Üzü Xanım Ann Harrison, Amnesty International, London

Abbas Leysanlı bəy. Bir vicdan dustağı


Sayın cənablar,

MÜRACİƏT: ŞİKAYƏTİMİZİN SON DURUMU –
CƏNAB LEYSANLININ YENİDƏN YAXALANMASI

İndicə, Abbas Leysanlı bəy, Güney Azərbaycanın milli hərəkətinin adlı- sanlı başçılarından biri, İran İslam Respublikası tərəfindən yenidən öz-xoşuna yaxalanıb qazamata salınmışdır. Həmişəkindən daha artıq, bu öz-xoşuna inadcıl əməl bir simgə diyə, İran yetgililərinin Güney Azərbaycanın insan haqlarına basqınçılıq etmələrini aşkara çıxardır. İndicə, dünya insan haqlarını savunanlara bu epizodda həmrəylik ifadə etmək üçün bir sınaq meydanı ortaya çıxır. Bu dustağa məruz qalma barədə özəl verilənləri və gərəkən zəmin bilgini qarşınızda təqdim edirik. Leysanlı bəyin insan haqlarını qorumaq üçün Şikayətimiz cərəyanda və bu vasitə ilə son durumu təqdim edirik.

Bu son durum üçün təqdim olunan bilgi belə sahmanlanmışdır:
1. Cədvəl 1: Leysanlı bəyin son yaxalanması haqda bilgini sunur. Buna qaynaq onun həyat yoldaşı Ruqqəyə xanımın Amerika Səsi Radiosundan (http://www.azadtribun.net/Azad9.mp3) yayımlanmış detallardır (cüziyyat). Müsahibə Türkcədədir və sizə sunulan mətn o müsahibənin tərcüməsidir və Leysanlı bəyin qeyri-qanuni və öz-xoşuna yaxalanmasına şahidlik ifadəsidir. Bu yaxalanma 3 İyun 2006-da baş tutmuş tutuqlanmanın qalığıdır.
2. Cədvəl 2: Leysanlı bəy haqqında qabaqkı məktublarımızın istinadlarıdır: (i) bir şikayət, (ii) şikayət barəsində yazılmış son durumlar (iii) bir sıra məktub formasında təqdim olunmuş bilgilər.
3. Cədvəl 3: Cədvəlləşmiş şikayət dosyesi.
4. Cədvəl 4: Cərəyanı sizə xatırlatmaq üçün geri-yönlü xronoloji təqdim olunur, ki bu qədər həcmli verilənlər yığcamlaşsın və buda Leysanlı bəyə qarşı insan haqlarının pozulmasını əks edir.

Leysanlı bəyin sərbəstliyindən yoxsun edilməsini kəskincə sizə bildirmək istəyirik və gərəkən detalları hüzurlarınıza təqdim edirik. Bu sual da var ki, niyə Leysanlı bəy yaxalandı? Cavabımız budur ki, o heç bir qanun pozmamış və sadəcə insan haqlarının ifadəsini istəyir. Demək, Leysanlı bəyin həm tutuqluluğu həmdə dustaqlığı qeyri-qanunidir. Onun yenidən yaxalanması üçün bu neçə səbəbi düşünmək ola bilər:
1. İran qəzai sistemi kontekstində öz-xoşuna əməl bir aləmdir ki burada “qarşıtlıq (zidlik, təzadd), rüşvətlə əldə edilən imtiyaz, və işləri partıbazlıq, tanışbazlıq və saqqal tutmaqla aparmaqdan ibarətdir.” Bu sistemə uzlaşıb və tanışbazlıq edənlərə hər qələtəndazlığa yol açıqdır. Uzlaşmayıb, irqçilik siyasətini rədd edib və insan haqlarını savunanlar yetgililər tərəfindən çala-çuxura salınırlar; və buna Leysanlı bəy, Rza Abbasi bəy və xocamız Həsən Azərbaycanın dosyelərini örnək vermək ola bilər.
2. Leysanlı bəy Ərdəbilin İmam-cüməsini istinafında aşkarca tənqid etmiş (bax 403/2006, Tarix: 30 Oxtobr 2006) və onun bu qısqıya (persecution) məruz qalması İranda öz-xoşuna iş aparmanı aşkara çıxarmaq üçün bir sınaq meydanı idi.
3. Leysanlı bəyin təhsinə layiq 10,000 nəfər tanıq (şahid) çağırma strategiyası İranın qəzavət sisteminə uyuşmayan misli-görünməmiş və demokratik bir hadisə ola bilərdi. İndi isə bu sistemin demokratik ənənəyə qatlaşmazlığı aşkara çıxır; və faşistlərin qatlaşmazlığını yada salır.

Özəlliklə diqqətinizi İran yetgililərinin öz-xoşuna iş-aparmaları barədə aşağıdakı qonulara tuşlamaq istəyirik:
1. Biz məktublarımızda işarə etmişik ((Say: 378/2006 Tarix: 31 Avqust 2006) ki, İran yetgililəri, necə deyərlər, zirəklik edib və Güney Azərbaycan milli hərəkətdə başçıya da siyasi deyil cəzai məhkəkədə divan tuturlar ki, siyasi haqlarını dansınlar. İndi bu hiyləni yetgililər Leysanlı bəyə qarşı yürütməkdədirlər və narkotikə uyuşmuşlar ilə onu bir sellulda saxlayırlar ki, siyasi dustaq haqlarından yoxsun etsinlər.
2. Hökmləri “təziri” (cəzalandırma tənbeh etmə yaxud cəzai) diyə sifətləndirməyə də diqqət etmək istərdik. Təziri bir ərəb sözü olduğu üçün bunun İngiliscə qarşılığı bizə məlum deyildi ki, indi o “punitive” sözünə qarşılıq olması bəllənmiş. Eləcə də aydın olur ki, yetgililər Güney Azərbaycan milli hərəkətinin Leysanlı bəy kimi bu başçıya tənbeh cəsarəti etməklə Güney Azərbaycanın milli şərəfinə qaba şəkildə toxunmaq istəyirlər. Üstəlik o biri hökmlər hamısı siyasi deyil cəzai kəsilmişlər. Bizcə Güney Azərbaycanın şərəfinə bu cəsarət vasitəsi ilə yetgililər Güney Azərbaycan məsələsini danmaq istəyirlər. Bu cəsarətə qarşı BMT-yə bir yepyeni şikayət sunacağıq.
3. Leysanlı bəyin vəkili tərəfindən verilən İran yetgililəri tərəfindən yürüdülən öz-xoşuna əməllərdən bir daha pərdə götürür.

İnanırıq ki, Leysanlı bəyin qaldırdığı istinafı (üstyarğı, appelyasiya) insaflıcasına yoxlanmamış, lakin bu xüsusda yetkin bilgi hələ də əldə edə bilməmişik və birinci fürsətdə onları hüzurlarınıza sunacağıq.

Bu vasitə ilə Abbas Leysanlı bəyin sovunması uğrunda qabaqca təqdim etdiyimiz şikayət üzrə daha artıq bəlgə eqdim edib və onu gücləndirmək istəyirik. Biz sizə yetərincə bilgi verməsək sizin şikayətimiz barə iş aparmamanıza bəhanə ola bilməz. Çünki, biz elan edirik ki başqa hər nəyə ehtiyac olursa onları tapıb və sizə təqdim edəcəyik. Ümid edirik ki, siz Güney Azərbaycanın nigarançılığına şəriksiniz və ölkə ğörüsü üçün Leysanlı bəyin insan haqlarını qorumağa gərəkən addımları atmaq üzrəsiniz. Bu bir fürsət ola bilər ki Güney Azərbaycanın başqa dustaqları ilə də görüşə bilərsiniz və durumla yaxından tanış ola bilərsiniz. Qayğınız üçün təşəkkür edirik


Hörmət ilə:

Böyük Rəsuloğlu


Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri


Əvvəlki məqalə: "Der Spiegel": Azərbaycan səfirliyi 1500 avroya xaricilərə vətəndaşlığa dair sənədlər satır

Sonrakı məqalə: Mən əclafam!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/1668

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin