Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Azadlıq” blokuna daxil olan partiyaların funksionerləri müddətsiz aclıq aksiyasına başlayıblar

Mirzə Xəzər 30 Okt 2006

no comments

[ 30 Oktyabr 2006 14:21 ]

“Azadlıq” blokuna daxil olan partiyaların funksionerləri “Azadlıq” qəzetinin yerləşdiyi binadan çıxarılması və bununla bağlı təşkil edilən aclıq aksiyasına həsr olunmuş mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən AXCP mətbuat xidmətinin rəhbəri İshaq Əvəzoğlu bildirib ki, bu gün başlanan aclıq aksiya son nəticə əldə olunana qədər müddətsiz olaraq davam etdiriləcək. İ. Əvəzoğlu deyib ki, AXCP sədrinin müavini Həsən Kərimov, Nurəddin Məmmədli, sədrin müşaviri Əsəd Əsədzadə, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasından Araz Zeynalov və Azərbaycan Demokrat Partiyasının Təşkilat Komitəsinin sədri Zakir Hüseynov aksiyaya qoşulublar. Mətbuat konfransında çıxış edən iştirakçılar aksiyaya qoşulmaqda israrlı olduqlarını bildiriblər. Aksiya iştirakçıları eyni zamanda “ANS” televiziyasına lisenziya verilməməsinə də öz etirazlarını bildiriblər. /APA/

Əvvəlki məqalə: Fransa və "soyqırım" oyunu

Sonrakı məqalə: Əli Həsənov: “Azərbaycanda Mirzə Sakit adında jurnalist yoxdur”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/1571

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin