Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sabir Rüstamxanlı: "Mirzə Xəzər milli mübarizəmizin rəmzidi"

Mirzə Xəzər 24 Sen 2006

no comments

"Mirze Xezer milli mübarizemizin remzidi"

"Mirze Xezer milli mübarizemizin remzidi"

Sabir Rüstemxanlı tanınmış jurnalistin müdafiesile bağlı keçirilen bütün tedbirlere qatılmağa hazırdı
"Azadlıq" radiosunun Azerbaycan bölmesinin sabiq rehberi Mirze Xezerin vezifesinden kenarlaşdırılması adıçekilen radioşirket rehberliyinin narazılığına sebeb olub. Bu addım ölke ictimaiyyeti arasında da birmenalı qarşılanmayıb. Tanınmış ziyalılar, elm, edebiyyat adamları Mirze Xezerin müdafiesine qalxıblar. Şirket resmileri jurnalistin vezifeden uzaqlaşdırılmasının sebeblerini araşdırdığı bir vaxtda Azerbaycanda Mirze Xezerin müdafiesi ile bağlı müxtelif tedbirler keçirilir.
Bu gün keçirilmeci planlaşdırılan bele müdafie aksiyalarından birinde tanınmış prezidentliye namized, Vetendaş Hemreyliyi Partiyasının sedri Sabir Rüstemxanlı da iştirak edecek.
Sabir beyle Mirze Xezerin tanışlığı 1988-ci ilden başlayıb. Qiyabi tanışlığı qısa vaxt erzinde sıcaq münasibetler evezleyib. Mirze Xezerin Sabir Rüstemxanlının meşhur "Ömür" kitabından parçaları "Azadlıq" radiosunda seslendirmesi ise onların münasibetlerine ayrı bir çalar qatıb: "Mirze Xezeri Azerbaycanda metbuatın olmadığı, haqq sözümüzü dünyanın eşitmediyi vaxtlardan tanıyıram. O vaxtlar Mirze Xezer Azerbaycanda Milli Mübarizenin remzlerinden sayılırdı. Bakının, eyaletlerin harayını dünyaya çatdırırdı. Menim üçün Mirze Xezer vicdanlı, üreyi Azerbaycan üçün yanan bir jurnalistdir. Uzun iller Mirze Xezer qiyabi olaraq her birimizin dostuna çevrilmişdi. İki ile yaxın "Azadlıq" radiosunda "Ömür" kitabından parçaları oxudu. Bu iki ilde "Ömür"ü cümle-cümle milletin beynine yeritdi, dünyaya tanıtdı. Belece, "Ömür" kitabı Mirze Xezerle menim aramda dostluq körpüsü yaratdı".
Mirze Xezerin 1988-90-cı illerdeki fealiyyetini yüksek qiymetlendirdiyini bildiren Sabir Rüstemxanlı "efsus ki, son iller vaxt mehdudiyyetinden onun radio fealiyyetini yaxından izlemek imkanım yoxdur" deyib. Buna baxmayaraq, VHP sedri ötenlerin nostalji hisslerinde olduğunu da gizletmeyib: "Mirze Xezeri Azerbaycanın Milli Azadlıq Mübarizesinde ve Azerbaycan jurnalistikasının inkişafında müstesna rolu olan bir insan kimi deyerlendirib, önem verirem. Mirze Xezerin xidmetleri sırasında Yusif Vezir Çemenzeminlinin "Eli ve Nino" eserinin tercümesini ayrıca vurğulamaq lazımdır. Tekce bu xidmetlerine göre, Mirzeye hörmetle yanaşmaq lazımdır".
Öten iller erzinde Mirze Xezerin mövqeyinin deyişe bileceyini, müxalifetin qebul etdiyi ve etmediyi hakimiyyete eyni gözle baxa bileceyini istisna etmeyen Sabir Rüstemxanlı "bunlar Mirze Xezerin fealiyyetini danmağa esas vermir. İstemezdim Mirze Xezer boyda haqqı, haqq sözünü itirek" deyib.
Mirze Xezerin radio fealiyyetinden kenarlaşdırılmasına gelince, prezidentliye namized bu barede mövqe bildirmekden çekinib. Bunu Mirze Xezeri son vaxtlar izlemekden mehrum olması ve meselenin motivleri ile yaxından tanış olmaması ile izah edib. Bununla yanaşı Sabir Rüstemxanlı Mirze Xezerin müdafiesi ile bağlı keçirilecek bütün tedbirlerde iştirak etmeye ve Azerbaycan mübarizesinin remzi adlandırdığı jurnalistin müdafiesinde durmağa her an hazır olduğunu bildirib: "Mirze Xezer qelbi Azerbaycan sevgisi ile dolu bir insandır. Azerbaycanın tebliğine geniş yer verib, demokratik qüvvelerin, müxalifetin haqq sesini dünyaya çatdırıb. Mirze Xezerin mövqeyi çoxluğun, xalqın fikri olub. 20 Yanvar hadiselerinden sonra ölkede heç bir metbu orqan derc olunmurdu. Radio, televiziya işlemirdi. Tekce eyaletlerde deyil, paytaxtda bele, insanlar melumatsızlıq girdabında idi. Bele bir vaxtda Mirze Xezer xalqın haqq sesini dünyaya çatdırdı".
Sabir Rüstemxanlı "bir insan, jurnalist kimi Mirze Xezerden narazı qalanlar ola biler" dese de, baş veren hadiseni tanınmış radiojurnaliste qarşı haqsızlıq kimi qiymetlendirib.

Mensure SETTAROVA
("Cümhuriyyət" qəzeti, 10 sentyabr 2003)

Əvvəlki məqalə: Bütöv Azərbaycanın bütöv səsi - MIRZƏ XƏZƏR!!!

Sonrakı məqalə: Zərdüşt Əlizadə: “Neft pullarını mənimsəmək uğrunda yarış gedir”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/260

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin