Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzər: İnqilabın rəngi narıncı, rəmzi qərənfil, hədəfi AZADLIQdır

Mirzə Xəzər 11 İyn 2005

no comments

Mirzə Xəzər: İnqilabın rəngi narıncı, rəmzi qərənfil, hədəfi AZADLIQdır

Üç partiyanın birləşdiyi blokun adı innən belə “Azadlıq”dır. Üç partiya Azəraycanda inqilabın rənginin narıncı, rəmzinin qərənfil olduğunu da bəyan etdi. Rəng və rəmz mühüm deyildir. Mühüm olan blokun adıdır. 20-ci əsrin sonlarında, dünya millətləri və ölkələri müasir dövrün tələblərinə uyğun yaşadığı bir zamanda, 1993-cü ilin iyun ayında hakimiyyəti qəsb edib Azərbaycanda feodal-tayfa quruluşu və avtoritar rejim yaradan bu hakimiyyət Azərbaycan xalqını çox şeydən məhrum etmişdir. Xalqa məxsus olan yeraltı və yerüstü sərvətlərin hamısı millətin əlindən alınıb mənimsənilmiş, yaxud da əcnəbilərə peşkəş verilib. Sərvətlərindən məhrum edilmiş əhalinin əksəriyyəti yoxsulluqdan əzab çəkir. Lakin, bu rejimin Azərbaycan xalqının əlindən aldığı ən böyük nemət yeraltı və yerüstü maddi sərvətlər deyil, məhz AZADLIQdır. “Musavat”, ADPAXCP –dən ibarət blok özünə AZADLIQ adını qoyması sadəcə adqoyma deyildir. Əhəmiyyəti çox böyükdür. “Azadlıq” adını özünə verməklə bu müxalifət bloku Azərbaycan xalqı qarşısında boynuna ağır və tarixi vəzifə götürmüş olur. “Musavat”, ADPAXCP-nin bu vəzifənin öhdəsindən gəlməyə qadir olub-olmaması təkcə onların aqibətini deyil, bütövlükdə Azərbaycanın taleyini müəyyən edəcəkdir. Bu vəzifənin öhdəsindən gəlmək üçün ilk növbədə qətiyyət tələb olunur, ölkəni feodalizm dövrünə sürüyüb öz mülklərinə çevirən tayfa rejimi ilə ardıcıl və barışmaz mübarizə aparmaq tələb olunur. Rəng və rəmz mühüm deyildir. Mühüm olan blokun adıdır, onun bu ada, AZADLIQ adına layiq olduğunu pərən-pərən, kölə vəziyyətinə salınmış millətə sübut etməsidir. Azərbaycanda inqilabın başlandığı elan olundu. İnqilabın rəngi narıncı, rəmzi qərənfil, hədəfi AZADLIQdır. Uğurlar olsun…Və geriyə artıq yol yoxdur.

Əvvəlki məqalə: «Azadlıq», narıncı, qerenfil!

Sonrakı məqalə: «Azadlıq», narıncı, qerenfil!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/747

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin