Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

"Bizim Azərbaycan" bloku İsveçdə mitinq keçirib

Mirzə Xəzər 26 Apr 2005

no comments

Bu gun (aprelin 26-da)  Isvecin paytaxti Stokholm sherinde “Bizim Azerbaycan Bloku”nun bu ölkedeki teshkilati terefinden Azerbaycanda kecirilecek parlament seckilerinin demokratikliyinin temin edilmesi telebi ile mitinq kecirilib. Texminen 80 neferin qatildiqi bu etiraz aksiyasinda hazirda Isvecde yashayan Musavat ve ADP uzvleri, elece de biteref muhacirler ishtirak edibler. Mitinqde Azerbaycan ve Isvecin dovlet bayraqlari ile yanashi demokratik secki ile baqli telebler eks olunmush shuarlar qaldirilib. Dunya Azerbaycanlilari Konqresinin katibi Teymur Eminbeyli, Isa Qemberin Merkezi Secki Qerargahinin uzvu Ali Aqayev, “Yeni Musavat” qezetinin emekdashi Rahib Kazimli, Musavat Partiyasi Oquz rayon teshkilatinin uzvleru Zerrabi Kerimov ve Urfan Hesenov, Qusar rayon teshkilatinin sedri Aydin Manquliyev ve ADP Zaqatala rayon shöbesinin sedri Vuqar Muradli cixish ederek Azerbaycandaki secki sistemi ve MSK-daki özbashinaliq barede oz fikirlerini bildirdiler. Natiqler tecili olaraq secki qanunvericiliyinin deyishdirilmesi, payizdaki umumxalq sesvermesinin beynelxalq standartlara uyqun kecirilmesi ucun dunya birliyinin, o cumleden de Isvec dovletinin cox ciddi seyler gostermeli olduqlarini soylediler. Onu da qeyd edek ki, Stokholmun merkezinde kecirilen adi cekilen mitinqe sheher sakinleri ve qonaqlari boyuk maraq gosteribler. Maraqli cehetlerden biri de budur ki, azerbaycanlilarin bu aksiyasina Belorusdan olan muxalifetciler ve Iraq turkmenleri de qoshulublar. Sonda Secki Qanunununa zeruri deyishikliklerin layihesi ve mitinqin qetnamesi Isvec parlamentinde temsil olunan alti esas partiyadan olan deputatlara teqdim olundu.

QETNAME

“Bizim Azerbaycan Bloku” Isvec teshkilatinin 26 aprel 2005 ilde Isvec Parlamenti qarshisinda kecirdiyi mitinqin Qetnamesi. 1993 ilin iyununda Azerbaycanda bash vermish herbi qiyam xalqin sesi ile ve demokratik yolla iqtidara gelmish hakimiyyetin zoraki yolla devrilmesi ile neticelendi.Bu muddet erzinde hakimiyyeti qesb etmish Yeni Azerbaycan Partiyasi(YAP) Azerbaycan Respublikasini orta esrlerde istifade olunmush metodlarla idare edib ve indi de bu metodlarla idare etmekdedir.Bu dediklerimizin subutu kimi indiyedek kecirilmish butun seckilerin kutlevi saxtalashdirilmasi faktlarini gostermek yeter.Azad secimek ve secilmek haqqindan mehrum edilmish Azerbaycan xalqi defelerle movcud iqtidara oz etirazini bildirib, amma her defe hakimiyyet polis ve esgerlerden istifade etmekle guc tetbiq ederek bu etirazlari boqub.2003 ilin oktyabrinda kecirilmish son prezident seckileri zamani saxtakarliqa qarshi cixanlarin ekseriyyeti kutlevi hebslere ve repressiyaya meruz qalmishlar. Bunun neticesi olaraq, bu gun minlerle azerbaycan vetendashi YAP iqtidarinin represiyalarindan qacaraq Avropa ve diger demokratik olkelerde, o cumleden, Isvecde ozlerine siqinacaq axtarirlar.Tekce bu fakt gosterir ki, Azerbaycan rehberi Ilham Aliyevin en yuksek tribunalardan guya Azerbaycanda demokratik ab havanin movcud olduqu barede dediklerinin hec bir esasi yoxdur. Qarshidan parlament seckileri gelir. Hazirda Avropa shurasi, diger moteber beynelxalq qurumlar ve dovletler bu umumxalq sesvermesinin heqiqeten de azad, demokratik ve edaletli kecirilmesi ucun cehd gosterirler.Bunun ucunse, ilk novbede murtece secki qanunu ve secki komissiyalarinin terkibi deyishdirilmelidir. Mushahideler gosterir ki, Azerbaycanin indiki rehberliyi bununla baqli ona yonelmish teklif ve tovsiyeleri yene de qulaqardina vurmaq ve seckileri oz metodu ile kecirmek niyyetindedir.Tesadufi deyil ki, bu yaxinlarda Bakida seferde olmush Avropa Shurasinin Azerbaycan uzre hemmeruzecileri Andreas Qross ve Andres Herkel olkede kecirilecek bu seckiler zamani qanli qarshidurma ola bileceyini proqnozlashdiriblar. Deyilenleri nezerde alaraq Isvec parlamentine muraciet edirik. Hormetli deputatlar, Siz demokratik bir olkenin temsilcileri olaraq Azerbaycanda kecirilecek parlament seckilerinin azad ve edaletliliyinin temin edilmesi ucun seylerinizi esirgemeyin. Xahish edirik nezere alasiniz ki, bu sesvermenin dunya standartlarina uyqun olaraq bash tutmasi Azerbaycanin Avropaya , demokratik dunya birliyine inteqrasiyasina boyuk tekan olmaqla yanashi hem de Azerbaycan xalqinin demokratiyaya olan inamini berpa edecek.Onda veteninden didergin dushmush bizler de vetene donub, oz dovletimizin ve xalqimizin rifahi namine calisha bileceyik.

Bizim Azerbaycan Bloku Isvec teshkilati

Əvvəlki məqalə: İNQİLABI BEŞİYİNDƏ BOĞMAQ MÜMKÜN OLMAYACAQ

Sonrakı məqalə: Elman Mustafazadə: Polşa Seymi və "eməni soyqırımı" qərarı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/367

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin