Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Amerikalı diplomatdan cəfəng bəyanat: "Qarabağ Azərbaycana verilə bilməz"

Mirzə Xəzər 26 Fev 2005

no comments

Amerikalı diplomatdan cəfəng bəyanat

“Qarabağ Azərbaycana verilə bilməz – bu, fəlakət olardı”, – deyə ABŞ-ın İrəvandakı səfiri Con Evans bildirib

“20-ci əsrdə hökmranlıq etmiş separatizm haqqındakı təsəvvürlər 19-cu əsr cəmiyyətində boşanmaya olan münasibətdəki ictimai tabu ilə müqayisə edilə bilər. Ermənistan və Azərbaycan prezidentləri son olaraq siyasi addım atmalı və irəli getməlidirlər”. Ermənilərə yaxın olan Rusiyanın “Regnum” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Evans srağagün San-Fransiskoda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı bildirib. Səfir onların xahişi ilə Qarabağ münaqişəsinin həll perspektivlərini şərh edib. Bu barədə Amerikanın Erməni Milli Komitəsi (AEMK) məlumat verib. Evans bəyan edib ki, hazırda Qarabağ münaqişəsinin nizamlanması prosesində optimizm üçün əsaslar azdır. Belə ki, nə Ermənistan, nə də Azərbaycan problemin həlli variantına yaxınlaşa bilməyiblər. Amerikalı diplomat vurğulayıb ki, ABŞ dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etsə də, lakin “hamı anlayır ki, Qarabağ Azərbaycana verilə bilməz – bu, fəlakət olardı”. Eyni zamanda, onun sözlərinə görə, “əgər İrəvan və Bakı nizamlamaya nail olarsa, hamı onları dəstəkləyəcək”. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibinin “25 ildən sonra heç bir Ermənistan olmayacaq” sözlərinə toxunan Evans bunu “aqressiv bəyanat” adlandırıb. “Bizim başlıca məqsədimiz regionda böyük sabitliyi təmin etməkdir. Cənubi Qafqaza yeni müharibə lazım deyil”, – deyə ABŞ səfiri bəyan edib. Konqresmeni Den Bartonun bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatasında Xocalı soyqırımı ilə bağlı dediklərini şərh edən Evans bunu “fərdi yanaşma” adlandırıb. O erməniləri əmin edib ki, Amerika xalqı və dövləti arasında Bartonun fikirlərini “dəstəkləyənlərin sayı barmaqla ölçülür” (“ARKA”). Rəsmi Bakı ABŞ səfirinin yuxarıdakı açıqlamalarına şübhə edir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov “Ekspress”ə bununla bağlı heç bir şərh verməyərək qeyd edib ki, “erməni mənbələri Evansın dediklərini təhrif edə bilərlər”. Azərbaycan XİN məsələ ilə araşdırılma aparılması üçün bağlı ABŞ-dakı səfirliyimizə təlimat verəcək. “Vaşinqtonun Qarabağ məsələsinə mövqeyi bizim üçün bəllidir: ABŞ Dövlət Departamenti son günlər dəfələrlə bəyan edib ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Odur ki, amerikalı səfirin hər hansı əlavə şərhinin heç bir əsası yoxdur”, – bunusa XİN mətbuat mərkəzinin başçısı Mətin Mirzə dünən axşam “Ekspress”ə bildirib. Eyni zamnada, Bakı ABŞ-ın Ermənistandakı diplomatının səmimiliyinə inanmır. “O, əgər bu fikirləri deyibsə, açıq şəkildə ölkəsinin rəsmi mövqeyinə qarşı çıxıb”, – mətbuat mərkəzinin başçısı bildirib. Evansın açıqlamaları ilə bağlı məlumatı gec əldə etdiyimizdən məsələyə Bakıdakı ABŞ səfirliyinin mövqeyini öyrənə bilmədik. Azərbaycanın Vaşinqtondakı səfirliyində isə, amerikalı diplomatın ümumiyyətlə, San-Fransiskodakı görüşü barədə xəbərsizdirlər.

Ələkbər RAUFOĞLU (Express qezeti)

***

Посол США: “Карабах не может быть отдан Азербайджану – это было бы бедствием”

IA REGNUM

“Представления о сепаратизме, господствующие в 20-м веке, сравнимы с социальным табу на развод, принятым в обществе в 19 веке. Президенты Армении и Азербайджана должны, в конечном счете, сделать политический шаг и двигаться вперед”, – заявил посол США в Армении Джон Эванс представителям армянской диаспоры Сан-Франциско, комментируя по их просьбе перспективы решения карабахского конфликта. Об этом сообщает Армянский Национальный Комитет Америки (АНКА).

По сообщению АНКА, Эванс заявил, что в настоящее время мало поводов для оптимизма в процессе урегулирования карабахского конфликта, поскольку ни Армения, ни Азербайджан не приближаются к выбору варианта решения проблемы. Эванс указал на то что, хотя США и уважают территориальную целостность государств, однако “каждый понимает, что Карабах не может быть отдан Азербайджану – это было бы бедствием”. Эванс заявил также, что “если Ереван и Баку решат достичь урегулирования, то все сплотятся, чтобы поддержать их”.

Комментируя заявление пресс-секретаря минобороны Азербайджана о том, что “через 25 лет не будет никакой Армении”, Эванс заявил, что “это было возмутительным и агрессивным заявлением”. “Одна из главных наших целей состоит в том, чтобы обеспечить большую стабильность в регионе, – сказал Эванс. – Южному Кавказу не нужна новая война”.

Он позитивно высказался о процессе демократического и экономического продвижения Армении. По его словам, среди всех остальных государств постсоветского лагеря только Армения и Грузия получат правительственную помощь в рамках программы “Вызовы тысячелетия” – за “справедливое управление, обеспечение условий свободного и частного рынков и вложение в человеческий капитал”. “Хотя проблема коррупции все еще не преодолена, однако Армения регулярно опережает своих соседей”, – заявил Эванс, добавив при этом, что Армения достигла экономического уровня 1991 года, и что 80% экономики обеспечивается частным сектором. Эванс также поблагодарил Армению за отправку гуманитарного контингента в Ирак, отметив, при этом что полностью разделяет обеспокоенность властей Армении за безопасность армянской общины Ирака.

Əvvəlki məqalə: ƏDALƏT TAHİRZADƏ: «AZƏRBAYCAN CÜMHURİYYƏTİ», ilk milli dövlətimizin rəsmi adı

Sonrakı məqalə: ƏDALƏT TAHİRZADƏ: «AZƏRBAYCAN CÜMHURİYYƏTİ», ilk milli dövlətimizin rəsmi adı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/1066

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin